Şəbnəm Rusiyadan deportasiya edilib? - AÇIQLAMA/VİDEO

Hazırda oxunan: Şəbnəm Rusiyadan deportasiya edilib? - AÇIQLAMA/VİDEO

268593

Müğənni Şəbnəm Tovuzlunun Rusiyadan deportasiya edildiyi iddia olunub.

Bizim.Media xəbər verir ki, bununla bağlı şayiələrə Şəbnəm özü cavab verib.

O, video paylaşaraq xəbərlərin yalan olduğunu söyləyib:
 

“Şayiələr yayırlar ki, “Şəbnəm xanım deportasiya edilib”. Allah etməsin. Heç vaxt elə bir şey olmasın. Hazırda da Qazaxıstandayıq, Aktau şəhərindəyik. Hava limanında hər kəsi saxlayırlar, tək mənim başıma gəlmir. İki-üç saat saxlayırlar.


Pasportumu yeniləmişdim, demək olar, yer qalmamışdı. Bu da onların diqqətini çəkmişdi. Sabah da Rusiyada toydayıq. Demək olar ki, toylarımız oradadır. Bir də belə bir şey olmasın”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin