Nazpəri Dostəliyeva səhnədən gedir

Hazırda oxunan: Nazpəri Dostəliyeva səhnədən gedir

268432

Xalq artisti Nazpəri Dostəliyeva səhnədən getməyə hazırlaşır.

Bizim.Media pravda.az-a istinadla xəbər verir ki, bu barədə o, “Həftənin qonağı” verilişində danışıb.

O bildirib: “Hər gün oyananda Allahıma dua edirəm ki, məni övladıma tez qovuşdursun.

Ansamblın uşaqlarını yığıb “Əlvida” adlı konsertimi verib, sənətimdən uzaqlaşmaq istədim. Mənə heç kim kömək etmədi. Hər kəs qarşı çıxdı. Yəqin ki, bir azdan məni sevənlərə “Əlvida” deyib, gözəl bir konsert edib, səhnədən uzaqlaşacağam. Hərdən Allaha çığırmaq istəyirəm ki, mən niyə bu səhnədəyəm”. 

Xatırladaq ki, Nazpəri Dostəliyevanın oğlu Əli Quliyev 2021-ci ildə 41 yaşında vəfat edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin