Mətanət İsgəndərlinin gəlinindən SƏRT AÇIQLAMA – “Gedib Moskvaya...”

Hazırda oxunan: Mətanət İsgəndərlinin gəlinindən SƏRT AÇIQLAMA – “Gedib Moskvaya...”

26840

“Ev problemimiz hələ də davam edir. Üç övladımla kirayədə qalırıq. Hazırda keçmiş həyat yoldaşım anası ilə uzun müddətdir ki, Moskva şəhərindədir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canan deyib.

O, bildirib ki, İsgəndərli 3 nəvəsi olmasına baxmayaraq, onlara heç bir maliyyə dəstəyi aylrmır. Heç uşaqların atası Kərim də onlarla maraqlanmır.
 

MÖVZU İLƏ BAĞLI:

Fatimə Fətəliyeva Mətanət İsgəndərlinin görüntülərini yaydı - VİDEO


“Hər şey göründüyü kimi olmur. Efir naminə hər şeyi bəzədilir. Hansısa uşağın toyunu, kiməsə yaxşılıq etməklə özünü yardımsevər göstərmək istəyirlər. Ancaq mən Mətanət xanıma məsləhət görərdim ki, ilk əvvəl öz nəvələrini düşünsün. Ən azından onun təhsil almağına kömək etsin.

Hazırda mən övladımın hazırlıq pulunu belə ödəyə bilmirəm. Övladım dəfələrlə müəllimlərinin pulunu ödəməsi üçünatasına müraciət edib. Lakin atası hər dəfə bundan boyun qaçıraraq ödəyə bilməyəcəyini deyir.

Hazırda Moskvada pul qazanırlar.Yəni görüntüdə özlərini yardımsevər biri kimi göstərməkdənsə nəvələrinə dəstək olardı. Bir ildir ki, mən 3 uşağıma özüm baxıram”.

Səkinə Yusublu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin