Mətanət avtobus sürücülərindən ŞİKAYƏT ETDİ

Hazırda oxunan: Mətanət avtobus sürücülərindən ŞİKAYƏT ETDİ

268398

Aparıcı Mətanət Əliverdiyeva avtobus sürücülərindən şikayət edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, "Xəzər axşamı" verilişəndə danışıb:

"Avtobus sürücüləri! Necə ki, avtobusların arxasında yazılıbsa, "Yol ver", biz sizə yol veririk. Amma siz vermirsiniz. Avtovağzaldan gələn istər avtobus, istərsə də minik maşınları, siz gözləməlisiniz. Oradakı işarə sizin üçündür.


Avtobus sürücüləri, siz kimə arxayınsınız? Sürüb gedirlər. Qəza vəziyyəti yaradırsınız. Mən avtobus sürücülərindən çox ehtiyat edirəm. Fərq etmir harada, Ağ Şəhərdən, bulvar istiqamətindən gəlirəm.

Tək mən yox, bir neçə insan avtobus sürücülərindən şikayətçidir. Biz sizə yol veririksə, o demək deyil ki, əzib keçin. Xahiş edirəm, səlahiyyətdən süni istifadə etməyək. Sizin üçün xüsusi zolaq ayrılıb. Biz sizin zolağa daxil olmuruq, siz də bizim zolağa daxil olmayın". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin