"Teleqramda məşhurların göndərdiyi bu linkə daxil olmayın"

Hazırda oxunan: "Teleqramda məşhurların göndərdiyi bu linkə daxil olmayın"

267222

Son günlər teleqramda tanınmış simaların adından insanlara link göndərilməsi halı çoxalıb.

Bizim.Media xəbər verir ki, bir çox məşhur paylaşım edərək teleqram kanalının oğurlandığını yazıb.

Aparıcı İlkin Həsəni ona göndərilən linklə bağlı paylaşım edərək, izləyicilərinə məsləhət verib:

"Teleqramda tanıdığınız adamlardan belə bir mesaj gəlsə, qəti linkə daxil olmayın. Bu tip mesajlar klassik fişinq cəhdidir.
 

Yəni kimsə sizə tanış və ya maraqlı görünəcək bir link göndərir ("şəkilləriniz” yazaraq), siz də maraqdan linkə daxil olursunuz. Telefonunuza zərərli proqram (virus, trojan və s.) yüklənə bilər. Teleqram və ya digər hesablarınızın parolu ələ keçirilə bilər. Şəxsi məlumatlarınız oğurlana bilər.


Bunlar adətən avtomatik botlar tərəfindən göndərilir, çox vaxt eyni mesajı minlərlə insana atırlar. Tövsiyə edirəm: Heç vaxt belə linklərə klikləməyin. Mesajı dərhal silin, göndərən hesabı "spam" kimi şikayətləyin və "qara siyahı"ya atın". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin