Xalq artisti Brilliant Dadaşova "Maç-maç" mahnısının Türkiyədə yayımlanmasından yüksək qonorar aldığını etiraf edib.
Bizim.Media xəbər verir ki, müğənni bu haqda "Fəlidən doğru xəbər" verilişində deyib.
O, "Nə qədər qazanmışınız? Neçə sıfır var idi" sualına belə cavab verib:
"Onlar məndən icazəsiz mahnıdan istifadə ediblər. Zəng etdilər ki, 11 aydır reklamda mahnınız yayımlanır, 1 ay da keçsə, heç nə sübut edə bilməyəcəksiniz. Getdim, sübut etdim və 5 illik müqavilə imzaladım. Sonra Azəri qızı Günel mahnını oxumaq istədi. İbrahim Tatlısəs dedi ki, aranjiman da edilib. Onlara deyə bilmədim ki, 5 il mahnını heç kim oxuya bilməz. Onlardan yaxşı pul almışdım. Həmin pulla İstanbuldan ev də aldım".
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:35 / 29.06.2021
"Həmin pulla İstanbulda ev aldım" - Brilliant Dadaşova
Hazırda oxunan: "Həmin pulla İstanbulda ev aldım" - Brilliant Dadaşova
Hazırda oxunan: "Həmin pulla İstanbulda ev aldım" - Brilliant Dadaşova
26694
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.