Rəqsanəni hansı cəza gözləyir?

Hazırda oxunan: Rəqsanəni hansı cəza gözləyir?

265583

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbs edilib.

Bizim.Media xəbər verir ki, müğənninin ittihamı xüsusilə külli miqdarda dələduzluq cinayətində aiddir.

Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və dövlət rüsumunun ödənilməsi vəziyyəti dəyişə bilər. Belə olan halda cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilə bilər.

Hazırda iş üzrə ibtidai istintaqı polis aparır. Rəqsanə barəsində ilkin olaraq 4 aylıq həbs qətimkan tədbiri seçilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin