Alla Puqaçova Rusiya vətəndaşlığından imtina etdi

Hazırda oxunan: Alla Puqaçova Rusiya vətəndaşlığından imtina etdi

265282

Müğənni Alla Puqaçova Rusiya vətəndaşlığından imtina etmək qərarına gəlib və müvafiq sənədləri Rusiyanın İsraildəki səfirliyinə təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın bir sıra "Telegram" kanalları məlumat yayıb.
 

Məlumata görə, sənətçi səfirliyə xüsusi girişdən daxil olub. Qeyd olunur ki, vətəndaşlıqdan imtina sənədlərinin baxılması bir neçə ay çəksə də, bəzi hallarda bu prosedur sürətləndirilə bilər.


Bildirilir ki, ifaçının bu addımına səbəb Rusiyada ona qarşı mümkün cinayət işi olub.

Alla Puqaçova 2022-ci ildə İsrail vətəndaşlığını aldıqdan sonra Ukraynadakı müharibəyə qarşı çıxaraq ölkəni tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin