Onlar da boşanır?

Hazırda oxunan: Onlar da boşanır?

265004

Məşhur türkiyəli aktyorlar Fahriye Evcen və Burak Özçivitin boşanmasını iddia edən xəbərlər yayılıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu iddiaların yaranmasına səbəb isə aktrisanın sosial şəbəkə hesabında Özçivit soyadını silməsi olub.

Məlumata görə, ayrılıq dedi-qodularının yayılmasından saatlar sonra aktrisa yenidən Özçivit soyadını hesabına əlavə edib.

Məşhur cütlük boşanma şayiələri ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, Fahriye Evcen və Burak Özçivit “Çalıkuşu” serialının çəkilişləri zamanı sevgili olub. Onlar 2016-cı ildə ailə həyatı qurub. Cütlüyün 2019-cu ildə Karan, 2023-cü ildə isə Kərəm adlı övladları dünyaya gəlib. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin