Sinəsinə çəyirtkə qonan Cennifer Lopesin gözlənilməz hərəkəti pərəstişkarlarını təəccübləndirdi – VİDEO

Hazırda oxunan: Sinəsinə çəyirtkə qonan Cennifer Lopesin gözlənilməz hərəkəti pərəstişkarlarını təəccübləndirdi – VİDEO

264735

Qazaxıstanda Cennifer Lopesin konserti zamanı dünya ulduzunun həqiqi peşəkarlığını nümayiş etdirən gözlənilməz hadisə baş verib. Belə ki, Almatı şəhərində final çıxışı zamanı ulduzun sinəsinə çəyirtkə qonub, lakin ifaçı qorxmayaraq, eleqant hərəkətlə onu kənara atıb.

Bizim.Media xəbər verir ki, bu barədə Lopes özünün sosial şəbəkə hesabından görüntülər paylaşıb.

Kadrlarda həşəratın məşhur ifaçının boğazına doğru hərəkəti əks olunub.
 

Ancaq ulduz özünü itirmir - arzuolunmaz "pərəstişkarı" boğazına qalxdıqdan sonra, kompozisiyanın ritminə mükəmməl uyğunlaşan dəqiq əl hərəkəti ilə və zərifliklə onu özündən uzaqlaşdırır.


Bu gözlənilməz anı əks etdirən video sosial şəbəkələrdə dərhal viral olub.

İstifadəçilər Lopesin qeyri-standart vəziyyətdə inanılmaz dözümünü təqdir ediblər.

Həmçinin Qazaxıstanın yerli seqmentində həmin çəyirtkənin bir milyon tengeyə (təxminən 3.1 min manat) satışı ilə bağlı elanlar peyda olub. (oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin