Fatimədən anası ilə PAYLAŞIM: “Həyatımın ən böyük dayağı” - FOTO

Hazırda oxunan: Fatimədən anası ilə PAYLAŞIM: “Həyatımın ən böyük dayağı” - FOTO

264276

Rəqqasə Fatimə Fətəliyeva anası ilə paylaşım edib.

Bizim.Media xəbər verir ki, Fatimə valideyni ilə fotosunu paylaşıb.

O, Anasının ad günü olduğunu bildirərək bunları qeyd edib:
 

“Əziz anam, bu gün sənin günündür - dünyamı işıqlandıran, həyatımın ən böyük dayağı olan insanın günü. Sən mənim üçün təkcə ana yox, həm də ən yaxın dost, sirdaş və ilham mənbəyisən. Sənin gülüşün evimizin işığı, sözlərin ruhumun dərmanıdır.


Arzu edirəm ki, həyatın hər günü xoşbəxtliklə, sağlamlıqla, sevinc və sevgi ilə dolsun.

Uca Allah səni hər zaman qorusun, ürəyinə ancaq yaxşı xəbərlər gəlsin.

Mən sənin övladın olduğum üçün sonsuz qürur duyuram. Səni çox sevirəm, canım anam”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin