"Azərin bütün fotolarını evdən yığışdırdıq"

Hazırda oxunan: "Azərin bütün fotolarını evdən yığışdırdıq"

263731

Mərhum aktyor Azər Baxşəliyevin həyat yoldaşı Nigar Seyid "Astar" yutub layihəsinə müsahibə verib.

Bizim.Media xəbər verir ki, o, həyat yoldaşının vəfatından sonra qızı Züleyxaya görə evdən onun fotolarını yığışdırdığını deyib.
 

"Bunu təbii ki, müvəqqəti etdik. Unutdurmaq üçün etmirəm. Hələ ki, sualına cavabımız olmadığı üçün edirik. Nə vaxt öz sualını verəcək, cavabımız olacaq. Onda fotoları ortaya çıxaracağıq.


Ona bunu izah etmək üçün peşəkarlardan məsləhətlər almalıyam" deyə, Nigar söyləyib. 

Qeyd edək ki, Azər uzun sürən böyrək çatışmazlığından sonra bu ilin yanvarında vəfat edib. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin