Tanınmış aparıcı illər sonra atası ilə BARIŞDI - VİDEO

Hazırda oxunan: Tanınmış aparıcı illər sonra atası ilə BARIŞDI - VİDEO

262522

Aparıcı Vüsalə Kərimova atası, Əməkdar artist Vaqif Kərimovla barışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Pərvizə görə”də açıqlama verib.

Vüsalə deyib ki, atası ilə anası əməliyyat olunanda əlaqə saxlayıb:

“Küsülü deyilik, amma hər gün danışmırıq. Məclislərdə, tədbirlərdə haradasa rastlaşsaq, görüşürük. Hər gün gedib-gələk, ya da telefonla danışaq kimi ünsiyyətimiz yoxdur. Küsülü də deyilik. Anam əməliyyata gedən ərəfədə atamı bağışladım. Kimsə məni pis görə bilər, amma mən heç kəsə pislik edən insan deyiləm.
 

Düşünürdüm ki, heç kəsə pislik etmirəm, kiminsə qarşısını kəsmirəm. Balaca, ya böyük, amma öz dünyam var. Fikirləşirdim ki, niyə başıma pis nələrsə gəlsin? Sonra dedim ki, yəqin səhvim atamı bağışlamamağımdır. Anam əməliyyata gedəndə düşündüm ki, o, sağ çıxmasa, bunu özümə bağışlamayacağam. Fikirləşdim ki, mən səhvimə görə bu acını yaşayıram.


Anam əməliyyata girməzdən əvvəl atama mesaj yazdım, dedim, Allaha xatir səni bağışlayıram. Əlbəttə buna çox sevindi. Ona izah etdim ki, ağır bir yola çıxmışam, anam əməliyyata gedir, oradan sağ çıxmasa, bunu özümə bağışlamayacağam. Ona görə səni bağışlayıram.

Bağışlamaq o demək deyil ki, o, hər gün bizə gəlir, ya mən onun evinə gedirəm. Sadəcə o insana qarşı kinim yoxdur, sorğu-sual etmirəm.

Hər şeyi axarına buraxıb, bağışlamışam. Xeyirdə-şərdə, ailə məclislərində görüb hal-əhval tuturam, görməyəndə də görmürəm”.

Qeyd edək ki, aparıcının atası ilə anası uzun illər əvvəl ayrılmış, V. Kərimova atası ilə danışmadığını, hətta uşaqlıq illərindən onunla görüşmədiyini açıqlamışdı.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin