Manana ailəsi ilə Castinin konsertində - VİDEO

Hazırda oxunan: Manana ailəsi ilə Castinin konsertində - VİDEO

262244

Əməkdar artist Manana Çaparidze həyat yoldaşı Georgi, övladları Elizabet və Davidlə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, ifaçı ailəsi ilə birgə dünya ulduzu Castin Timberleykin iyulun 23-ü Gürcüstanda baş tutan konsertində iştirak edib.

“Əziz və doğma insanlar, sizə ən səmimi salamlarımı göndərirəm. Ümid edirəm ki, sizdə hər şey yaxşıdır və bu yay sizə xoş istirahət, gözəl anlar yaşadır. Biz də ailəlikcə yay günlərindən birini unudulmaz xatirəyə çevirdik. Dünya ulduzu Castin Timberleykin möhtəşəm konsertində olduq.

Həmin gün bizə enerji, sevinc və musiqi dolu anlar bəxş etdi. Uşaqlarımın gözlərindəki sevinc və bu gecənin emosiyaları yaddaşımızda əbədi qalacaq”, - Manana paylaşımında yazıb.

Qeyd edək ki, C. Timberleyk Tbilisidən sonra iyulun 27-si Bakıda konsert proqramı ilə çıxış edib. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin