Emin Olcaydan Kurtlar Vadisi üsyanı: “Necati Şaşmazdan çətinliklə xilas oldum” – VİDEO

Hazırda oxunan: Emin Olcaydan Kurtlar Vadisi üsyanı: “Necati Şaşmazdan çətinliklə xilas oldum” – VİDEO

262092

"Kurtlar Vadisi" serialında Ömer Baba obrazı ilə tamaşaçıların yaddaşında qalan aktyor Emin Olcay sosial media hesabında yayımladığı açıqlamalarla həm serialın, həm də baş rol ifaçısı Necati Şaşmazın pərəstişkarlarını təəccübləndirib.

Bizim.Media xəbər verir ki, Olcayın sözlərinin hədəfində serialın baş qəhrəmanı Necati Şaşmaz və ssenarist Raci Şaşmaz olub.

Serialın yenidən çəkilməsi ilə bağlı fikirlərini bölüşən Emin Olcay, hər iki şəxsi sərt tənqid edərək bunları deyib:
 

“Kurtlar Vadisi” yenidən çəkilsə, oynamaram. Necati Şaşmaz və Raci Şaşmazdan çətinliklə qurtuldum; verdikləri sözlərə əməl etmədilər. Allah yollarını açıq etsin.”


Sözügedən açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin