Bu görüntü boşanma iddiasını yenidən gündəmə gətirdi

Hazırda oxunan: Bu görüntü boşanma iddiasını yenidən gündəmə gətirdi

261963

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Xalq artisti Murad Adıgözəlzadənin müğənni Aysel Teymurzadə ilə boşanması iddia olunub. 

Bizim.Media "Axşam.az"a istinadən xəbər verir ki, hər iki tərəf məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Bu günlərdə isə M.Adıgözəlzadənin vikipediyasındakı ailə həyatı ilə bağlı görüntü müzakirələrə səbəb olub.

Belə ki, piano ifaçısının 2012-2024-cü illərdə Aysel Teymurzadə ilə ailəli olduğu yazılıb. Eyni rəqəmlər Ayselin də vikipediyasında əks olunub. Bu da onların ayrılıq iddialarını daha da gücləndirib. 

Bir neçə gündür sosial şəbəkədə yayılan görüntü onların boşanma iddialarını yenidən gündəmə gətirib. 

Qeyd edək ki, bu, Muradın ikinci evliliyidir. Aysel və Muradın 3 övladı var.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin