İlkin Həsənlinin xanımından "Fəlakət"in boşanmasına reaksiya: "Tərbiyəsiz..." - FOTO 

Hazırda oxunan: İlkin Həsənlinin xanımından "Fəlakət"in boşanmasına reaksiya: "Tərbiyəsiz..." - FOTO 

26055

Aparıcı İlkin Həsənlinin xanımı Aysel "Fəlakət" obrazı ilə tanınan aktyor Elşən Orucovun boşanmasına münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə İlkinin həyat yoldaşı İnstagram səhifəsində status yazıb.

O, "Fəlakət"in boşanması barədə sosial şəbəkədə tənqid yazanlara bu sözləri deyib: 

"Bilib bilmədən kiminsə ailə məsələsinə, evlənməsinə, boşanmasına, ana olmasına, niyə ikinci dəfə ana olmamasına iyrənc rəylər yazırsız. Özü də üzdə deyil, kompüter və ya telefon arxasında. Özünü namuslu, gözəl, ağıllı, camaatı isə eybəcər, tərbiyəsiz hesab edən cılız insanlara baxıb nifrət edirəm sadəcə. Qadınlığınızdan utanın. Çünki siz bədbəxtliyinizin günahını ancaq onda bunda axtarırsınız". 

Qeyd edək ki, E.Orucov 2018-ci ildə İlahə adlı xanımla ailə həyatı qurmuşdu. Onların bu nikahdan bir qız övladları var.

Cütlüyün boşanma xəbəri ötən gün çıxıb və sosial şəbəkədə müzakirə edilib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin