Məşhur Hollivud aktyoru Jan Klod Vandammın oğlu Kristofer Van Varenberqlə ailə quran azərbaycanlı qızın kimliyi məlum olub.
Bizim.Media xəbər verir ki, bu Varenberqin sevib –seçdiyi xanım azərbaycanlı pianoçu, Prezident təqaüdçüsü, 7 Beynəlxalq Musiqi Müsabiqəsinin laureatı Suada Hacızadədir.
Söylənilənə görə, Suadanın Kristoferlə tanışlığı da konsert proqramlarından birində olub.
Suada 24 oktyabr 1999-cu il Bakı şəhərində doğulub. O, 3 yaşından Uşaq Filarmoniyasına, Oqtay Zulfüqarovun rəhbərlik etdiyi ansambılın üzvü olub. Suada Hacızadə G.Şaroyev adına 35 nömrəli 11 illik uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə təhsil alıb.
Gənc musiqiçi kiçik yaşlarından beynəlxalq musiqi müsabiqələrində iştirk edib.
S. Hacızadə sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) təhsil alıb.
22 yaşlı gənc musiqiçi 2016-ci ildə Prezident təqaüdünə layiq görülüb.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:50 / 17.06.2021
Van Dammın azərbaycanlı gəlini kimdir? - FOTOLAR
Hazırda oxunan: Van Dammın azərbaycanlı gəlini kimdir? - FOTOLAR
Hazırda oxunan: Van Dammın azərbaycanlı gəlini kimdir? - FOTOLAR
25161
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.