“Buğlama”nın aktyoru yeni kriminal filmə ÇƏKİLDİ – Bu dəfə ciddi OBRAZDA - FOTO

Hazırda oxunan: “Buğlama”nın aktyoru yeni kriminal filmə ÇƏKİLDİ – Bu dəfə ciddi OBRAZDA - FOTO

24713

“Buğlama” komedik serialdan tandığımız gülüş ustası Nicat Rəhimov kriminal- komediya janrında yeni filimdə ciddi obraz kimi baş rola çəkilib.

Bu barədə Bizim.Media-ya aktyorun özü məlumat verib.

Aktyorun sözlərinə görə film proyekti 2021-ci ilin may ayından start götürüb. Çəkilişləri 3 gün davam edən yeni filmin adı “Faberje”dir.

Nicat Rəhimov baş rolda Rəhim adlı ciddi bir obrazı canlandırıb.

“Aktyorluq yaradıclığının əsasında rola daxil olmaq, onu yaşamaq qabiliyyəti durur. Daxili və ya xarici cəhətdən rola daxil olmağı bacarmaq lazımdır”. 

Nicat Rəhimov 17 aprel 1986-ci ildə Bakı şəhərində dünyaya gəlib. 2005-ci ildə İncəsənət Gimnaziyasını bitirərək Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 2009-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.  2006-cı ildən başlayaraq 4 il ərzində "Planet Parni iz Baku" komandasında aktyorluq fəaliyyəti ilə məşğul olub, sonra "Bozbash Pictures" layihəsində rol alıb. Həmin layihədə canlandırdığı “Şirin” obrazının öhdəsindən çox məharətlə gəlməyi bacarıb və o rolu  çoxmilyonlu xalqa sevdirə bilib.

2011-2012-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib və “Sərvər” obrazını canlandırıb.  

2014-cü ildən Azad Azərbaycan TV-nin əməkdaşıdır və 2016-cı ilədək "Şirin çay" verilişində aparıcılıq fəaliyyəti ilə məşğul olub.  Azad Azərbaycan TV-də yayımlanan “Buğlama” serialında 6 obrazı məharətlə canlandıran istedadlı aktyor Nicat Rəhimov Azərbaycanın xalq artisti Yaşar Nurinin bacısı oğludur.

Alçina Amilqızı, Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin