“Maşınının krediti heç kirayə pulum qədər deyil” - VİDEO

Hazırda oxunan: “Maşınının krediti heç kirayə pulum qədər deyil” - VİDEO

242449

Müğənni Aysun İsmayılova bir neçə gündür aylıq qazancının müzakirə olunmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, instaqramda video paylaşıb.

Aysun ad çəkmədən onun aylıq qazancını müzakirə edən həmkarına cavab verib:
 

“Bəzilərini mənim aylıq qazancım narahat edirmiş. Efirdə də dedim ki, bu, hər ay belə olmur. Amma çox vaxt belə alınır. Mən nə edim ki, sənin bütöv toya getdiyin qiymətə mən yarım saat oxuyuram. İkincisi də kirayə qalmağımın səbəbi kefimin belə istəməyidir. Heç sənin maşınının aylıq kredit ödənişi mənim kirayə pulum qədər deyil. Başa düşürsən, mən necə yerdə qalıram?


Mənim evim şəhərin mərkəzindədir, çox tanınmış şirkətlə təmir edirik. Yolüstü materiallarla yox, nə vaxt istədiyim kimi lüks hazır olacaq, orada yaşayacam. Səni də qonaq çağıracağam, gör, ev təmiri necə olur?

Ev də olanda gərək səviyyəli yerdə olsun. Mənə görə narahat olma”.

Qeyd edək ki, Aysun aylıq gəlirinin 70 min manat olduğunu deyib.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin