Ronaldo Corcina ilə EVLƏNİR?

Hazırda oxunan: Ronaldo Corcina ilə EVLƏNİR?

240550

“Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges evlənməmələrinin səbəbləri barədə danışıb.

Bizim.Media xəbər verir ki, o, “Mən – Corcina” adlı realiti-şouda bildirib:

“Mənim dostlarım həmişə toy barədə zarafat edərək soruşurlar: “Toy nə vaxt olacaq?” Jennifer Lopezin “Üzük” adlı mahnısı çıxandan bəri mənə bunu oxuyurlar (həmin mahnının nəqəratında belə bir ifadə var: “Bəs üzük nə vaxt taxılacaq?” ). Amma hər şey məndən asılı deyil”.

Ronaldo isə bu məsələ ilə bağlı belə bir açıqlama verib: “Mən ona həmişə deyirəm ki, evlənərik.

O, nə demək istədiyimi yaxşı bilir. Bu, bir ildən sonra da ola bilər, yarım ildən sonra da, hətta bir aydan sonra da. Amma mən 100 faiz əminəm ki, bu baş verəcək".

Xatırladaq ki, portuqaliyalı futbolçu ilə Corcina 2016-cı ildən birgə münasibətdədirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin