Dilarə Oqtay Əliyevin sonuncu görüntülərini PAYLAŞDI - VİDEO

Hazırda oxunan: Dilarə Oqtay Əliyevin sonuncu görüntülərini PAYLAŞDI - VİDEO

240481

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oqtay Əliyevlə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, aktrisa həyat yoldaşının sonuncu görüntülərini paylaşaraq bunları yazıb:

“O gün biz yazı qarşılayırdıq, amma gələn yaz yox, yas imiş… Gedişin sükutun ən ağır forması idi. Heç bir söz, heç bir təsəlli sənin yerini doldura bilmədi. İki ildir qapılar sənin yoxluğunu açır, pəncərələr isə üzümə sənsizliyin soyuğunu vurur.

Sən getdin… Amma sənin baxışların hələ də gözlərimin dərinliyində yaşayır, səsin yuxularımın pıçıltısına çevrilib. Bəzən elə bil yanımda oturursan – heç nə demədən, sadəcə baxırsan. Səni unutmadım, unutmaram da. Çünki sevgi sadəcə həyatda yox, ölümdən sonra da yaşayar.

Səni mənə verən Tanrıya minnətdaram, səni məndən alan qismətə isə hələ də susuram… Bu isə sənin bizimlə sonuncu bayramın, sonuncu görüntülərindir… Yerin behişt olsun! Sənin yoxluğuna dözən Dilarən…”

Qeyd edək ki, O. Əliyev iki il öncə avtomobil qəzasında dünyasını dəyişib.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin