Günel Seda Sayanla arasındakı qalmaqaldan danışdı

Hazırda oxunan: Günel Seda Sayanla arasındakı qalmaqaldan danışdı

24042

Müğənni Günel Zeynalova (Azəri qızı) “Dəyişən cavab” proqramında qonaq olarkən türkiyəli həmkarı Seda Sayanla arasında baş verən qalmaqaldan söz açıb.

Bizim.Media xəbər verir ki, o S.Sayanın Ebru Gündəşlə dost olduğu üçün onu xəyanət məsələsində susdurduğunu söyləyib:

“Sen bozuk türkcenle konuşana kadar..” deyib, məni danışmağa qoymadı. Seda xanımdan qəlbim qırıqdı. Amma o olaydan sonra onunla görüşmüşəm. Bir tədbirdə söylədilər ki, Seda xanım buradadır. O da həmin hərəkətlərini unudub.

Mənə dedi ki, səni çox sevirəm, balacalığından bizim yanımızdasan. Sonra da məni alqışladı. Ardınca musiqiçilərdən biri dedi ki, Günel, Seda xanımı dəvət elə.

Mən də onu səhnəyə çağırdım, orada da qucaqladı. Onun köməkçisi mənə zəng etdi ki S.Sayan səni verilişinə çağırır. Söylədim ki, mən proqrama qatılmıram, ondan küsmüşəm.

Prodüseri israr etdi ki, məsələni unudub, hətta səndən üzr istəyər. Yenə də qəbul etmədim. Üzə gülüb arxadan danışırlar. Mənim sözüm varsa, üzünə deyirəm. Həmin insanı itirəcəyimi də gözə alıram”.

Xatırladaq ki, G.Zeynalova ilə iş adamı Rza Zərrabın ayrılmasına E.Gündəş səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin