Mehriban Xanlarova: “Belələrindən valideyn olmaz!” - VİDEO

Hazırda oxunan: Mehriban Xanlarova: “Belələrindən valideyn olmaz!” - VİDEO

240350

Əməkdar artist Mehriban Xanlarova efirdə özündən çıxıb.

Bizim.Media xəbər verir ki, o, “Bizimləsən” proqramında uşağa şiddət göstərən valideynlərə qəzəblənib:

“Nənə etiraf edir ki, uşaq xəstədir. Mən xəstə uşağı döyüb daha da onda travma yaradarammı? Onun psixologiyasını pozarammı? Vurula-vurula daha da artır, pis olur. Ana özü üçün gedir 40 gün haradasa qalır. Sonra qayıdır atası ilə vuruşurlar. Sən uşağa baxa bilmirsənsə, ver atasına. Ata da baxa bilmirsə, aliment ödəsin.

Əgər bir uşağa işgəncə verirlərsə, incidirlərsə, belə valideynlərdən valideyn olmaz. Uşağım xəstədirsə, ağrıyırsa, mütləq ər aparmalıdır? Qarnımdan çıxıb övladım, özüm apararam da”.



Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin