“Bir insan mənim üçün bitibsə, unuduram” - Aynişandan diqqətçəkən PAYLAŞIM - FOTO

Hazırda oxunan: “Bir insan mənim üçün bitibsə, unuduram” - Aynişandan diqqətçəkən PAYLAŞIM - FOTO

239496

“Açığı, bir insan mənim üçün bitibsə, xatirələrimdə də bitir. Həqiqətən unuduram - yaxşısı da, pisi də silinir beynimdən”.

Bizim.Media xəbər verir ki, bu sözləri instaqramda bloger Aynişan Quliyeva yazıb.

O, fikirlərinə bunları da əlavə edib: “Bilmirəm, özünü məcbur edib unutmağa çalışmaq necə olur, çünki məndə bu proses özü-özünə baş verir. Və inanırsınız, bir müddət sonra hətta yolumuzun niyə ayrıldığını belə unuduram. Niyə küsdüyümüzü, niyə dava etdiyimizi, nə baş verdiyini xatırlamıram.

O qədər unuduram ki, sanki həmin insan heç vaxt mövcud olmayıb. Sanki mənim həyatımda heç olmamış birinə çevrilir. Açığı, bu xasiyyətimi çox sevirəm. Həyatımda qalanlar qalır, gedənlər isə tamamilə yoxa çıxır!”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin