Aynişan keçmiş həyat yoldaşına söz atdı? – FOTO

Hazırda oxunan: Aynişan keçmiş həyat yoldaşına söz atdı? – FOTO

239317

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva paylaşımı ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, o, türkiyəli sosial media fenomeni Şeyma Subaşının ikinci həyat yoldaşı, misirli milyarder Mohammed Alsaloussi haqqında açıqlamasını paylaşıb.
 

Şeyma açıqlamada "İkinci həyat yoldaşımla bağlı hadisədir: Güzgüyə baxanda özümə "Nə edirsən? Öz dəyərini necə belə düşürürsən? Necə bu adamın mənə bunu deməsinə və etməsinə icazə verirəm" deyirdim. Deyirdim ki, bundan çıxmalısan. Amma yenə geri dönürdüm. Şükür ki, həmin ərəfəni geridə qoydum. Çox ağır yaşadım. Münasibətdə bunu mənə yaşadan insana görə. Güzgüyə baxırsan və özünü sevmirsən. Qarşındakı isə səni hər şeylə aldada bilir.


Qaranlıq dönəmə girdim, amma gözəl çıxdım" sözlərini deyib. Aynişan isə həmin paylaşıma "Necə tanış hekayə" şərhini yazıb. 

Qeyd edək ki, Aynişan və fitnes müəllimi olan Kənan 2020-ci ilin fevralında ailə qurub. Onlar həmin ilin dekabrında ayrılıblar. (Axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin