Əməkdar artist Elton Hüseynəliyev bəstəkar Gövhər Həsənzadə ilə bağlı etiraf edib.
Bizim.Media xəbər verir ki, müğənni "Günə bax" verilişində bəstəkarın ondan küsdüyünü deyib.
"İlk dəfə 1997-ci ildə Heydər Əliyev Sarayında çıxış etmişəm. Bu yaxınlarda olan konsertim də gözəl keçdi. Məşqlərə getmirdim. Ortada iki məşqə gtdim. Bu, konsertə köklənməyə kömək edir. Çünki insan çox oxuyur, axı konsert gününə də nəsə saxlamalısan.
Gövhər Həsənzadənin ilk konsertimdə əziyyəti çox olub. Amma konsertdə küsüb getdi. Biz repertuar tutmuşduq, amma mən ondan çıxdım" deyə, Elton bildirib. (axsam.az)
Bizim.Media