Tolikdən Sərxana İRAD: “Burnunu hara soxursan?” – VİDEO

Hazırda oxunan: Tolikdən Sərxana İRAD: “Burnunu hara soxursan?” – VİDEO

238822

Prodüser Tarix Əliyevlə aparıcı Sərxan Kərəmoğlu arasında qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, Tolik Sərxanın efirdə toy bazarından danışmasına əsəbiləşib və paylaşdığı videoda bunları söyləyib:

“Düşündüm ki, bəzi şeylərə cavab vermək lazımdır. Ötən gün Zaur Kamalın verilişində Sərxan Kərəmoğlu qonaq olub.

Ayda  30 günün 25-i toyda olan Rüfət dura-dura 365 günün 15-ni toyda olmayan Sərxana sual verir ki, “Azərbaycanda tələbatlı müğənni kimdir?” Mən də bilirəm ki, Aygün Kazımova tələbatlıdır. Amma Sərxan, sən, Çinarə ya da başqası tanışlıqla toya salmasa, neçə məclisə gedirsən?
 

Rusiyada yaşayırsan deyə, çağırırlar, gözəl ansamblın, rəqqasların var.Bu sahədə hara burnunu soxursan, dostumuz? Sən nə vaxtdan toy təşkilatçısı olmusan? Bir-iki dəfə Şəmkirdə toy təşkilatçılığı veriblər. Niyə yalandan şirinlik edirsən ki, saytlar səndən yazsınlar. 


Sən göstərici deyilsən. Toy sahəsində Azərbaycanda yoxsan. Aygün xanım olan məclislərdə qətiyyən yoxsan. Bir-iki dəfə Aygün xanımla, ya da Röya xanımla eyni məclisdə ola bilərsən.

Niyə çıxıb özünü göstərirsən? Deyə bilərsən ki, “Zaur mən Azərbaycanda toyda olmuram, Rusiyada oluram”.

Niyə lazımsız yerə burnunuzu soxursunuz, mən də sillə kimi cavab verirəm. Mənə cavab ver, axırıncı dəfə hansı toyda olmusan? Aygün xanımla hansı məclisdə olmusan? Rüfət Axundov oturan yerdə sənə bu söz düşməzdi. Yalandan şirinlik edirsən, amma bu gün onların sənin dəstəyinə ehtiyacı yoxdur”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin