Emin Ağalarov J.Lo ilə görüşü HAQDA: “Təvazökarlığı məni heyran etdi” - VİDEO

Hazırda oxunan: Emin Ağalarov J.Lo ilə görüşü HAQDA: “Təvazökarlığı məni heyran etdi” - VİDEO

238743

Biznesmen və musiqiçi, Azərbaycanın xalq artisti Emin Ağalarov dünya şou-biznesinin super ulduzu Cennifer Lopezlə necə tanış olmasından danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, İnstagram sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Cennifer Lopezlə 20 ildən çox əvvəl Crocus City Mall-da onun ilk butikinin açılışında tanış olduq, sonra Bakıda görüşdük və hətta onun Crystal Hall-da böyük solo konsertini açdım. Ünsiyyətdən sonra çox isti xatirələr yadda qaldı. Təbii ki, belə bir meqastarın təvazökarlığı və nəzakəti məni heyran etdi”, - E.Ağalarov qeyd edib.

Emin Ağalarov J.Lo-nun ilk butikinin açılışı üçün Moskvaya necə uçduğundan da söz açıb:

“Həmin vaxt o, Mark Entoni ilə görüşürdü, birlikdə gəldilər. Mən onlarla görüşdüm. Əla vaxt keçirdik və butiki göstərdim. Shore House restoranında yemək yedik.

Aradan bir müddət keçdi, onun Bakıda böyük konserti oldu. Onu təşkil edən promouterlərə Cennifer Lopez üçün kütləni qızışdıracaq bir sənətçi lazım idi və bunun üçün məni seçdilər”.


E.Ağalarov xatırlayır ki, “Crystal Hall”da konserti açanda çox həyəcanlı olub: “Çünki 20 min bilet tamamilə satılmışdı. Başa düşdüm ki, orda çox da aktual deyiləm. Amma buna baxmayaraq, bu, mənim üçün 20 min nəfərlik ilk böyük, meqa-konsert idi. Uğurlu olduğu ortaya çıxdı. O, həmin dövrdə ən böyük hitlərini ifa edirdi. Təbii ki, mən “Mavi əbədiyyət” mahnısını ifa etdim. Müslüm Maqomayevin yaradıcılığına toxunmağım mənə kömək etdi. Və sonra pərdə arxasında onunla daha bir çox isti söhbətimiz oldu”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin