Bəturə Hüseynova: “Sahibin həyat yoldaşı məni qısqanırdı” – VİDEO

Hazırda oxunan: Bəturə Hüseynova: “Sahibin həyat yoldaşı məni qısqanırdı” – VİDEO

238622

Müğənni Bəturə Hüseynova qalmaqal yaşadığı keçmiş duet ortağı Sahib İbrahimovdan danışıb. 

Bizim.Media xəbər verir ki, bu barədə o, “Rəngarəng”də açıqlama verib. 

Bəturə deyib ki, Sahibin həyat yoldaşı onları qısqanıb:

“Sahibə haqqımı halal etməmişəm. Ondan çox küskün idim. Bir yoldaşa edilməməli idi. Etdi. Onun haqqı yoxdur belə düşünməyə. Çünki günahkardır. Mən dəqiq insan olmuşam, işinin əxlaqı olan, yerini bilən, xanımlığımla danışılan olmuşam. O, məndən narazı ola bilməz. Söhbəti ortaya atan o idi, deyirdi, ailəm istəmir. Onsuz da problemlər bundan başladı. Məni nəinki onun xanımı, sənət yoldaşlarım, qonşu, qohum, o qədər qısqanan xanım var. 
 

Mənim həyat yoldaşımın da narazılığı olub. Amma bunu işə yansıtmamışam. İstəməyib, birgə oxumağımızı, deyib, oxuma. İlk dəfədir deyirəm, həyat yoldaşım istəmədiyi halda işimə yansıtmamışam. Amma o çox təsir edirdi. Mən bezirdim.


Yəqin ki, xanımı istəmirdi, o da efirdə deyirdi ki, həyat yoldaşım qısqanır. Onun həyat yoldaşı əsl xanım kimi xanımdır. Onun evində olmuşam, çörəyini yemişəm, qulluq edib, bunu danmaram. Çox düzgün, uşaqlarını yaxşı yetişdirmiş bir xanımdır. 

Əvvəl bizim də işimizə gəlirdi sevgili şayiələri, çünki belə-belə populyarlaşırsan. İş xatirinə olan şeylər idi. Bizi belə görənlər çox idi.

Uzaqlaşa bilər, ailəsi üçün fəda edə bilər, buna qarşı deyiləm. Sadəcə iş ortağım tərəfindən mənə deyilməli idi. Mən də işimi bilərdim ki, başqası ilə oxumaq lazımdır. Bu Xalq bizim əl-ələ tutmağımızı, yaxın olmağımızı istəyirdi. Problem yarandı, iş orasındadır ki, bu qədər il sonra keçmiş duet ortağımın həmin mahnının trend olacağı ağlına gələrdi? Biz mahnının çörəyini çox yedik. İndi ondan da çox yeyə bilərdik. Mən bilirəm ki, özü peşmandır”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin