Türkiyənin məşhur cütlüyü Beren Saat və Kənan Doğulu haqqında yeni iddialar yayılıb.
Bizim.Media türk mediasına istinadən xəbər verir ki, 11 ildir evli olan cütlüyün körpə gözlədiyi bildirilir. Məlumata görə, Beren Saat 4 aylıq hamilədir.
Söz-söhbətlərin yayılmasına səbəb olan hadisə Beren Saatın həyat yoldaşı, müğənni Kənan Doğulunun konsertinə gəlişi olub. Konsert zamanı cangüdənlərin aktrisanın ətrafında sədd çəkməsi və onun şəkillərinin çəkilməsinə mane olması diqqət çəkib.
Beren Saatın səhnə arxasındaki görüntüləri isə hamiləlik iddialarını daha da gücləndirib.
Cütlükdən hələ ki, rəsmi açıqlama yoxdur. (Milli.az)
Bizim.Media