Müğənni Bahar Lətifqızı efirdə göz yaşı töküb.
Bizim.Media xəbər verir ki, “Rəngarəng”də qonaq olan Bahar uşaq evində keçirdiyi vaxtlardan danışaraq ağlayıb:
“Məmmədbağır Bağırzadə biz balaca olanda internata gəlmişdi. Elə Novruz bayramı ərəfəsiydi, bizə qoğallar, konfetlər vermişdilər. Məmmədbağır müəllim pianonun yanında dayanmışdı, yaxınlaşdım ki, məni evinizə apararsınız? O mahnı oxuyurdu, həsədlə baxırdım. Mən internatın solistiydim demək olar, milli geyimdə olurdum. Oradakı uşaqlar ev istəyir. Sonra imtahanda da Məmmədağır müəllim var idi. Bu yaxınlarda ailəsinin xeyir işində də iştirak etdim.
İndi hər şeyim var, illərdir həsrətində olduğum övladım da var. On dörd il gözlədim. Şansım olsaydı deyərdim ki, gözəl ailənin övladı olum, atalı böyüyüm. Seçim qarşısında olsaydım, o atanı seçməzdim. Gözəl ailədə böyümək istəyərdim. Çatışmayan, mənə böyük zərbə olan uşaqlığımdır. O da indiki xoşbəxtliyimə də təsir göstərir. Həyatımla oynayanlar... Mən neçə dəfə ailə qurmuşam. Ailə istəmişəm, demişəm, bəlkə məni özündən çox qoruyan insan olar.
Atalar qız uşaqlarına böyük sevgi verməlidir, analarını incitməməlidir. Nəticə çıxarmaq lazımdır, indi güclüyəm, heç kimdən asılacağım yoxdur. Allah mənim həyatımı, məni qınayanlara nəsib etməsin.... O qədər ağırdır ki, bu yaşımda keçmişi düşünəndə içim paramparça olur. Bu dərd deyil, həyat dərsidir. Yenə sinə gərirəm, güc tapmağa çalışıram. Amma yorulmuşam. Adam ən çox qışda anasını, ana qucağı istəyir. Adam neçə yaşında olur olsun, ana istəyir. Anamın xeyir-duasıdır, məni saxlayır”.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
20:15 / 06.03.2025
Bahar internatda böyüməsindən danışıb AĞLADI - VİDEO
Hazırda oxunan: Bahar internatda böyüməsindən danışıb AĞLADI - VİDEO
Hazırda oxunan: Bahar internatda böyüməsindən danışıb AĞLADI - VİDEO
238043
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.