Atası həbs olunan Zarinanın evində yığıncaq - VİDEO

Hazırda oxunan: Atası həbs olunan Zarinanın evində yığıncaq - VİDEO

237883

Bu gün atası həbs olunan aktrisa Zarina Qurbanovanı dostları tək qoymayıb.

Bizim.Media xəbər verir ki, aktrisanın komanda yoldaşları onun evinə toplaşıb. 

Bununla bağlı müğənni Elgün Hüseynov paylaşım edib. Videoda Ramin Hacıyev, İlkin Misgərli kimi tanınmışlar yer alıb.
 

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən "Sosial Adaptasiyanın İnkişafına Yardım" İctimai Birliyinin sədri Şahid Qurbanova hökm oxunub.


Qaynarinfo-da yer alan məlumata görə, ona Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (Dələduzluq - təkrar törədildikdə), 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Şahid Qurbanova 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

İş materiallarından məlum olur ki, Şahid Qurbanov bir neçə nəfərə qarşı dələduzluq əməli törədib.

O, Qasımov Elxan Ələddin oğlunun Fövqəladə Hallar Nazirliyinə işə düzəltmə məqsədi ilə 10 min manat pulunu ələ keçirib.

Məmmədov İlham İslam oğlundan 9 min manat, Akifli Akif Rəhim oğlundan isə 14 min 900 manat alaraq, işə düzəldəcəyini və onları mənzillə təmin edəcəyini vəd edərək müxtəlif məbləğlərdə ziyan vurub.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin