“Survivor” dedikdə ağıla ilk gələn məşhur simalardan biri olan Hikmet Tuğsuz bu dəfə haqqında səsləndirilən ittihamlarla gündəmə gəlib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tuğsuzun yarışın keçirildiyi Dominikan Respublikasından qayıdan kimi həbs olunacağı iddia olunur.
Məlumata görə, 2016-cı ildə iki bıçaqlama cinayətinə görə 12 il 16 ay həbs cəzası alan H. Tuğsuz 2023-cü ilin iyulun 31-də təcridxanaya göndərilib. O, müəyyən müddət sonra məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Lakin onun xaricə çıxışına qadağa qoyulduğu və həbs cəzasının 23 noyabr 2036-cı ilə qədər qüvvədə olduğu bildirilir.
Qeyd olunur ki, Tuğsuz azadlığa buraxıldıqdan sonra da dələduzluq və qəsdən adam öldürməyə cəhd cinayətlərinə qarışıb.
Barəsində ittiham aktı hazırlanarkən Dominikana gedən tanınmış sima haqqında fevralın 10-u Antalya Cümhuriyyət Baş Prokurorluğu tərəfindən həbs qərarı çıxarılıb. Bildirilir ki, o, Türkiyəyə qayıtdığı zaman həbs olunacaq.
Qeyd edək ki, Hikmet Tuğsuz daha öncə də “Survivor”da iştirak edib. İlk dəfə 2019-cu ildə bu yarışa qatılan Tuğsuz zədə səbəbindən mübarizədən kənarlaşdırılıb. (“Qafqazinfo”)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
16:02 / 05.03.2025
“Survivor”dan qayıdan kimi həbs olunacaq - FOTO
Hazırda oxunan: “Survivor”dan qayıdan kimi həbs olunacaq - FOTO
Hazırda oxunan: “Survivor”dan qayıdan kimi həbs olunacaq - FOTO
237813
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.