Özcan Deniz prokurorluqda ifadə verdi - VİDEO

Hazırda oxunan: Özcan Deniz prokurorluqda ifadə verdi - VİDEO

237796

Türkiyəli məşhur ifaçı, aktyor və rejissor Özcan Deniz barəsində açılan istintaq çərçivəsində ifadə verib.

Bizim.Media bu barədə "Haber Global"a istinadən xəbər verir.

Bildirilir ki, Özcan Deniz tikinti qaydalarının, "Mədəniyyət və təbii irsin qorunması haqqında" qanunun pozulmasına görə istintaqa cəlb edilib.

O, İstanbulda Tikinti Cinayətləri İstintaq Bürosunda ifadə verib.

Bundan əvvəl aktyorun lisenziyasız hovuzlar və əlavə qapalı sahələr inşa etdirdiyi, qaraj sahələrini yaşayış sahəsinə çevirdiyi ilə bağlı iddialar yayılmışdı.

Özcan Denizlə bağlı hüquqi proses davam edir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin