“Kimə salam verirdim qardaşının toyuna çağırırdı” - VİDEO

Hazırda oxunan: “Kimə salam verirdim qardaşının toyuna çağırırdı” - VİDEO

237503

Müğənni Elnur Məmmədov bir müddət öncə toylara getməyəcəyi ilə bağlı açıqlamasına aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Afaqla onlarla”da danışıb. 

Elnur bildirib ki, bunun səbəbi onu dost-tanışın tez-tez məclislərə dəvət etməsi olub:

“Bir gün efirdə bezdim dedim ki, toya-bayrama getmirəm. Rütbəli insanlar məni gördülər, dedilər ki, ailəmdə toy olsa, gəlməzsən? Dedim, siz də eşitmisiniz ki, toya getmirəm? Gedirəm, onu niyə demişdim? Kim mənə salam verirdi, bacısının, qardaşının toyuna çağırırdı. Başa sala bilmirdim ki, evimə apardığım çörək oxumağımdan gəlir. Biznesmen, dövlət işçisi, iqtisadçı, deputat deyiləm ki, maaşım olsun.

Elə tanışlarım var idi ki, ildə beş dəfə uşaqlarının məclisinə çağırmaqdan utanmırdılar. Mən isə ildə beş dəfə onların məclisinə gedib oxumaqdan utanırdım.

Onlara başa sala bilmirdim ki, ailəmi bununla saxlayıram. Efirdə dedim. Bir-iki adam da çəkib hamıya göstərdi ki, Elnur heç yerə getmir”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin