Daha əvvəl çirkli pulların yuyulmasına görə həbs edilən və azadlığa buraxılan məşhur türkiyəli fenomen Dilan Polat həyat yoldaşı Engin Polatdan boşanacağını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dilan sosial şəbəkə hesabında açıqlama verib.
“Biz birlikdə olanda bir-birimizə zərər veririk, deməli, alınmır. Özüm də bilmədən yaxşı niyyətimlə zərər verirəm, hamıdan, hər şeydən uzaqlaşmaq istəyirəm, daha yaşamaq həvəsim yoxdur. Həyat yoldaşım Engin Polatla yolları ayırmağa qərar verdim. Mən bilmədən kiməsə pislik etmək istəmirəm, sadəcə uzaqlaşmaq istəyirəm" - deyə D.Polat boşanma qərarını açıqlayıb.
Dilan Polat açıqlamasına bu ifadələrlə davam edib:
“Hər şey üçün sonsuz təşəkkürlər. Buradan da gedirəm, mütləq məni sevənlərim də var. Hamınıza çox təşəkkür edirəm. Haqqımı halal etmirəm, məndən hər şeyimi əlimdən aldınız, həyat sevincimi, həvəsimi, hər şeyimi... Arxamca 50 dənə böhtan atıb məni pis qələmə verməyə, nankor kimi qələmə verməyə çalışanlar, sizə də haqqımı halal etmirəm. Bir cığırla getməyə çalışdım, yoluma daş qoydunuz, yolum da yoxdur artıq, yaşamaq həvəsim də qalmayıb. Tezliklə daha aranızda olmayacam, ona görə də bu məsələni burada bağlayıram. Özünüzə yaxşı baxın“.
Engin Polat isə həyat yoldaşı Dilan Polatın dediklərini təkzib edib:
“Həyat yoldaşım vəziyyətdən çox təsirlənib və bizə zərər verdiyini düşünərək belə yazıb. Biz bir ailəyik və hər şəraitdə bir-birimizə möhkəm bağlıyıq. Mən və həyat yoldaşım bir müddət ətrafda olmayacağıq".
Xatırladaq ki, Türkiyə polisinin 1 noyabr 2023-cü il tarixindən etibarən mərkəzi İstanbul olan 6 vilayətdə həyata keçirdiyi əməliyyatlarda aralarında türkiyəli məşhur fenomen Dilan Polat və əri Engin Polatın da olduğu 24 şübhəli saxlanılıb. Onlar Türkiyəyə gətirilən “çirkli pulların yuyulması”nda ittiham olunublar. “Çirkli pulların yuyulması” və vergidən yayınma ittihamı ilə həbs edilən Dilan Polat və əri Engin Polatın 40 ilə qədər həbsi tələb edilirdi. Ötən ilin avqustunda Dilan Polat, sentyabrın əvvəlində isə Engin Polat haqqında azadlığa buraxılma əmri verilib və onlar sərbəst buraxılıblar. Engin Polat 10 aya yaxın həbsxanada idi.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
11:35 / 03.03.2025
Dilan Polat həyat yoldaşından AYRILIR: “Haqqımı halal etmirəm”
Hazırda oxunan: Dilan Polat həyat yoldaşından AYRILIR: “Haqqımı halal etmirəm”
Hazırda oxunan: Dilan Polat həyat yoldaşından AYRILIR: “Haqqımı halal etmirəm”
237415
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.