“Bilirdim ki, Çimnazın dəfninə getdiyim üçün məni qınayacaqlar” - Manaf - VİDEO

Hazırda oxunan: “Bilirdim ki, Çimnazın dəfninə getdiyim üçün məni qınayacaqlar” - Manaf - VİDEO

237172

Müğənni Manaf Ağayev mərhum aktrisa Çimnaz Sultanovanın dəfninə getməyən şou-biznes nümayəndələrindən danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Rəngarəng”də açıqlama verib.

“Sabah mən də dünyamı dəyişəndə elə bilirsən hamısı orada olacaq? Biz beləyik.

Çox söz deyərəm, amma efirdir. Bilirdim ki, ora getdiyim üçün qınanılacağam. Beşi yaxşı desə də, beşi pis deyəcək. Qınamadılar, amma bilirəm nə mənada deyirəm. Vicdan deyilən bir şey var, əgər onunla çörək kəsirsənsə, vidalaşmalısan. Mən getməyə də bilərdim, hardan görəcəkdi, biləcəkdi? Ancaq özün özündə vicdan, kişilik deyilən bir şey var. Onunla münasibətimiz yaxşı olub, salam-sağolumuz olub”, - deyə, Manaf bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin