“Belə möcüzə görməmişdim”

Hazırda oxunan: “Belə möcüzə görməmişdim”

236751

Əməkdar artist Nüşabə Ələsgərli "7 Tamam" verilişində qonaq olub.

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, sənətçi proqramda qarlı havada yaşadığı çətin anlardan danışıb:
 

"Bir dəfə maşını təzə almışdım və Yasamalda bir həmkarımgilə qonaq getmişdim. Axşam çıxanda gördüm ki, qar yağıb, yer də buz. "Tri korona" tərəfə gələndə maşının əyləci tutmadı. Aşağıda da uşaqlar oynuyur. 


Heç bilmədim nə edim. Qarşıdakı uşaqları vuracaqdım. Maşın dayanmırdı, üzüaşağı gedirdi.

Necə qışqırdımsa, ay Allah, inanın ki, maşın furlanlıb üzüyuxarı dayandı. Heç belə möcüzə görməmişdim. Məni soyuq tər apardı. Heç kimə də dəymədim".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin