“Onları xilas etməyə çalışıb” - Anası ilə nənəsi faciəvi şəkildə ölən müğənnidən YAZDI

Hazırda oxunan: “Onları xilas etməyə çalışıb” - Anası ilə nənəsi faciəvi şəkildə ölən müğənnidən YAZDI

236725

Aparıcı Hacı Nuran anası və nənəsi faciəvi şəkildə vəfat edən müğənni İlkin Fuadla bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, o, instaqramda İlkinlə fotolarını paylaşaraq bunları yazıb:
 

“Səhər çox ağır xəbərlə açıldı... İnsan üçün anadan, nənədən əziz kim var ki? Dostumuz, illərdir tanıdığım müğənni İlkin Fuad oğlu Əhmədovun (04.03.1987) bir gecədə həm anasını, həm də nənəsini itirdi. Dəm qazı yenə can aldı. Bir ailənin faciəsi yaşandı bu gecə. Hərçənd, 26 fevral İlkinin heç vaxt unutmadığı bir tarix idi. 


Doğmalarının ölümü isə bu tarixi onun yaddaşına ömürlük həkk etdi. Ən ağrılısı odur ki, müğənni doğmalarını xilas etməyə əvvəlcə özü cəhd edib.

Təcili yardım da çağırıb. Amma buzlu küçələr mane olub hər şeyə. Qisməti, alın yazısı belə oldu bu gözəl insanların. Çox ağır itkidir. İnsan nə deyəcəyini, necə təsəlli verəcəyini bilmir. Başın sağ olsun, İlkin ... Allah doğmalarının yerini cənnət eləsin. Allah səbrini versin! Yeri behişt olsun! Ruhu şad olsun! Məkanı cənnət olsun!”.

Qeyd edək ki, İ. Fuadın anası və nənəsi dəm qazından zəhərlənərək ölüblər.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin