“Mis Avropa - 2025”in qalibi MÜƏYYƏNLƏŞDİ - FOTO

Hazırda oxunan: “Mis Avropa - 2025”in qalibi MÜƏYYƏNLƏŞDİ - FOTO

236527

Krımlı Yuliya Pavlikova Livanın paytaxtı Beyrutda keçirilən “Miss Europe 2025” (“Mis Avropa - 2025”) gözəllik müsabiqəsinin qalibi olub.

Bizim.Media xəbər verir ki, model bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Yuliya Pavlikova başında tacı olan qırmızı libasda fotolarını sosial mediada yayımlayıb. 

O qeyd edib ki, yarışmada tarixi anlar yaşanıb. Belə ki, uzun illərdən sonra ilk dəfə Rusiya və Ukrayna nümayəndələri finalda qarşılaşıblar.

Model qeyd edib ki, müsabiqədə qalib gələrək dünya rekordçusu statusunu təsdiqləyib. 

Bundan əvvəl Pavlikova üç beynəlxalq müsabiqənin finalına çıxıb:

“Miss Earth”, “Miss Grand International” və “Miss Universe”.

O, həmçinin azarkeşlərə dəstək və təbriklərinə görə təşəkkür edib.
 

Qeyd edək ki, “Miss Europe 2025” müsabiqəsində ikinci yeri Ukrayna təmsilçisi, üçüncü yeri isə Bolqarıstan təmsilçisi tutub.


Ötən il yarışmanın qalibi Tatarıstanlı Roza Qədiyeva olub. Bu il o, finalda tacı Pavlikovaya təhvil verib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin