Vəfadan sərt SÖZLƏR: “Oxumaqla hürməyi səhv salan müğənnilərə cavab vermirəm” – VİDEO

Hazırda oxunan: Vəfadan sərt SÖZLƏR: “Oxumaqla hürməyi səhv salan müğənnilərə cavab vermirəm” – VİDEO

236460

“Bəzi oxumaqla hürməyi səhv salan müğənnilərə cavab vermirəm. Çünki mənim üçün çox dəyərsizdilər. Siz tamaşaçıların fikirləri isə mənim üçün dəyərlidir ona aydınlıq gətirmək istəyirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri instaqramda paylaşdığı videoda müğənni Vəfa Şərifova deyib.

O, oğlu ilə videosunu tənqid edənlərə cavab verib:

“Oğlumu qartopu oynamağa çıxarmışam. Ora o qədər irad yazıblar. Yazıblar ki, uşağa əlcək geyindir, necə anasan? Başlayırlar, analığı sorğulamağa. Ana olmasam da, bacım uşağı da olsa, onu qartopu oynamağa çıxaranda bilirəm ki, əlcək geyindirmək lazımdır. Lakin uşağa nə vaxt əlcəyi yaxınlaşdırsam, “no” deyir. İstəmir. Beş dəqiqə çöldə dayanmaqla donmur, əlini kəsmirlər, qanqrena olmur. Heç nə olmur. Bir az fərqli düşünün, empatiya qurun. Övlad mənimdirsə, məndən çox istəyə bilməzsiniz. Mənim qədər canınınız yana bilməz”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin