Brilliant Dadaşova: "Bizim sahə çox dəhşətli və qorxuncdur"

Hazırda oxunan: Brilliant Dadaşova: "Bizim sahə çox dəhşətli və qorxuncdur"

236300

Xalq artisti Brilliant Dadaşova illər əvvəl yaşadığı hadisəylə bağlı peşmanlığını dilə gətirib.

Bizim.Media milli.az-a istinadən xəbər verir ki, bu barədə o, qonaq olduğu "Zaurla Günaydın" verilişində deyib.

Sənətçi bildirib ki, illər əvvəl bir dəfə həmkarına cavab verdiyi üçün peşman olub:

"Bəli, məni çəkiblər qalmaqala və mən də məcbur olub cavab vermişəm. Onu demişəm ki, "kaş etməzdim". Çünki cavab verdim və o insanın səviyyəsinə endim. Cəmi bir dəfə onu etmişəm. Ona da peşman olmuşam. Ondan sonra özümə söz vermişəm ki, mənə söz atsalar, haqqımda nələr desələr də öz yerimi bildiyim üçün artıq heç kimə cavab verməyəcəyəm".

Dadaşova özünə qoyduğu qadağalardan da söz açıb: 
 

"Özümə çox qadağalarım var. Birinci qadağa yeməkdir (gülür). Əslində bu qadağa deyil. Mən öz xasiyyətimə uyğun hərəkət edirəm. Bizim sahə çox dəhşətli və qorxuncdur. Çünki burada hər şeyə bir söz və ya qulp düzəldirlər. Mən öz xasiyyətimə uyğun olaraq yaşayıram və addım atıram. Bizim olduğumuz sahədə hər şey cırmaq-cırmaq, etdiyin hər bir addım göz önündədir.


Çox ehtiyatlı olmaq lazımdır, çünki ətrafında o qədər alaq otları var ki, onlardan özünü qorumalısan. Bununla yanaşı həm də özünü şərdən, böhtandan, iftiradan qorumalısan. Bunun üçün isə sən böyük hövsələyə sahib olmalısan. Öz səviyyəni qoruyub saxlamaq üçün bəzən hətta öz üzərindən də keçməlisən. Çox çətindir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin