Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı ad çəkmədən digər həmkarlarına söz atıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Günaydın, Azərbaycan” verilişində danışıb.
Jurnalist digər sosial verilişlərin aparıcıları ilə eyniləşdirilməyinə etiraz edib:
“Bir də baxdım ki, şəkillərimi yanaşı qoyub yazırlar ki, hansı daha yaxşı sosial veriliş aparır? Qardaş, sən nə edirsən? Mən araşdırmaçı jurnalistəm. Əməkdar jurnalistəm, yazılı mediadan gəlmişəm. 36 ilimi Azərbaycan mediasına vermişəm. Mən bu ölkədə senzurasız media üçün böyük mətbuat adamları ilə savaş verən insanam. Dayanın. İkincisi, “Səni axtarıram”la Suriyada, Əfqanıstanda alınmayacaq bir işi görüb ailəni tapıb Azərbaycana gətirmişəm. Elə ki, siz məni bunlarla eyniləşdirirsiniz. Mən də eyni şeyləri təqdim edirəm”.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
17:20 / 23.02.2025
Xoşqədəmdən etiraz: “Məni onlarla eyniləşdirirsiniz…”
Hazırda oxunan: Xoşqədəmdən etiraz: “Məni onlarla eyniləşdirirsiniz…”
Hazırda oxunan: Xoşqədəmdən etiraz: “Məni onlarla eyniləşdirirsiniz…”
236144
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.