Müğənni Rəqsanə İsmayılovanın kiçik qızı Yağmurla (Yana Mary) Elit Star Cəmilə arasında qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, buna səbəb Yağmurun Cəmilənin ifasında tanınan “Səninəm” mahnısını ifa etməsi olub.
Hətta Elit Star Rəqsanənin qızına TikTok-da şərh yazaraq “Əsas odur ki, hər kəs Cəmilə xanımın ifasında sevib mahnını” şərhini yazıb.
“Cəmilə xanım feyk profillə öz səhifəsini səhv salıb. Mahnı mənim anamın mahnısıdır. Cəmilə xanım mahnının müəllifləri Rövşən Nicat və Rahib Ümiddən icazəsiz oxuyub və müəlliflərə hörmət qoymayaraq adlarını çəkməyib.
“Səninəm” mahnısı 2012-ci ildə mənim anam tərəfindən alınıb. Cəmilə xanım isə studiyada anamın aranjimanı gedərkən mahnının sözlərini telefona yazıb, icazəsiz oxuyub və özünü mahnının müəllifi kimi təqdim edib!”, - deyə, Yağmur bildirib.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
18:29 / 22.02.2025
“Anamın mahnısını icazəsiz oxuyub” - Rəqsanənin qızından Elit Star Cəmiləyə - FOTO
Hazırda oxunan: “Anamın mahnısını icazəsiz oxuyub” - Rəqsanənin qızından Elit Star Cəmiləyə - FOTO
Hazırda oxunan: “Anamın mahnısını icazəsiz oxuyub” - Rəqsanənin qızından Elit Star Cəmiləyə - FOTO
236021
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.