"Mahnılarımın hamısını "youtube"dan siliblər. Repertuarımda yer alan "Sevəcəyəm" mahnısını hamı bilir, amma baxış sayı 10 nəfərdir. Bu, necə olub? Əvvəllər mənim saytım var idi. Bütün mahnılarım orada idi".
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Zaurla Günaydın" verilişində deyib.
Müğənni mahnılarının "youtube"dan silinməsindən danışıb:
"Məcbur oldum ki, mahnılarımı yenidən "youtube"a yerləşdirim. Sənətimi vurmaq mümkün deyil, amma belə mərdimazarlıq edənlər var. Repertuarımda yer alan “Bayatılar” mahnısı bəstənin müəllifi Eldar Mansurovun rəsmi "youtube" kanalında var. Onun da baxış sayı milyonlarladır. Mənim kanalımı dağıtdılar. Allah onların cavabını versin".
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
17:50 / 22.02.2025
"YouTube" kanalımı dağıtdılar, mahnılarımı sildilər"
Hazırda oxunan: "YouTube" kanalımı dağıtdılar, mahnılarımı sildilər"
Hazırda oxunan: "YouTube" kanalımı dağıtdılar, mahnılarımı sildilər"
236017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.