Müğənni Təranə Qumral növbəti dəfə Əməkdar artist Könül Kərimova ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, o, “Rəngarəng” verilişində Kərimova ilə bağlı bunları söyləyib:
“Şou-biznesdə məni sevənlər çoxdur. Dəfələrlə eşitmişəm, gəlib deyirlər ki, Könül Kərimova gəlmişdi, nəsə alırdı, sənin tərəfini saxladı ki, ondan nə istəyirsiniz? Yazıq nə edir ki? Onu Musadan niyə ayırırsınız? Musa vaxtında davakar, içən olub, yazıq onu sakitləşdirib. Söz düşdü ki, niyə danışmırsınız. Bizim onunla iynə ucu qədər də incikliyimiz olmayıb. Heç bir problemimiz yoxdur. Ona mənimlə danışmağa icazə vermirlər. Mən bu yaşa qədər heç kimin maşası olmamışam. Heç kimin maşası olmayın. Mən qızıma toy edəndə gəlməyənlər oldu, mənim qızım xoşbəxt ola bilmədi? 12-ci ildir ailəlidir. Yüz adam desin ki, filankəs arxanca danışdı. Mən özüm görməsəm.... Jurnalistlər zəng edirlər ki, filankəs haqqında danışdı, deyir, göndər, baxım. Özüm baxıram, niyə deyim sən yazasan? Zəng edib iki kəlmə sözümü deyirəm. Mən o adamla küsülü deyiləm, niyə ona addım atmalıyam? Özləri özlərindən... Mənə soyuq münasibəti yoxdur. Bir alverçi xanım deyir ki, o, həmişə sənin tərəfini tutur. Efirdə də heç nə deməyib.
Zaurun verilişində, telefonumu yadımdan çıxardım, orda qoydum. Qayıdanda dedilər reklam arasıdır. Girdim ki, Nüşabə xanım da ordadı, Könül də. Mən girəndə, o getdi. Dedim, mən verilişdə oturmağa gəlmişdim ki, gedirsən? Könül qorxacaq adamdır. Dedim, telefonumu götürməyə gəlmişdim, niyə getdin?”.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
15:26 / 21.02.2025
Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” – VİDEO
Hazırda oxunan: Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” – VİDEO
Hazırda oxunan: Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” – VİDEO
235864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.