Müğənni Nüşabə Musayevanın paylaşımı müzakirə yaradıb.
Bizim.Media xəbər verir ki, o, instaqramda yazdığı fikirlərlə diqqət çəkib.
“Ay bir çox cavanlar, niyə belə baxımsızsınız? Az qala hər yeriniz üfunət qoxur! Dişlərinizi yuyun, ağız qoxusuna görə həkim müayinələrindən keçin. Ay qızlar, gigiyenik və ginekoloji baxımınıza diqqət edin. Bu nədir belə, nə baş verir?
Gül kimi, gözəl-göyçək qızlarsınız, amma ağzınızın pis qoxusundan iki kəlmə danışmaq olmur. Sonra da deyirlər, filankəsin bəxtinə bax. Ay, bəxt deyil e, iy verib iylənirsən, sənə kim yaxın durar?!”, - deyə, Musayeva bildirib.
Sara, Bizim.Media