Nazənin efirdə ağladı - VİDEO

Hazırda oxunan: Nazənin efirdə ağladı - VİDEO

235388

Müğənni Nazənin Salayeva efirdə kövrəlib.

Bizim.Media xəbər verir ki, “Qonaqcanlı” verilişində qonaq olan sənətçi Nadir Bayramlının “Bəbəyim” ifasına göz yaşı töküb.
 

“Nadir bu mahnını ilk dəfə studiyada oxuyanda mənə dinlətdi. Həmin gün bir məclisdə idik. Dedim, sən niyə məni bu günə qoydun? Orda hönkür-hönkür ağladım. Musiqiyə qarşı çox həssasam. Mənim problemim olanda da efirdə büruzə vermirəm. İnsanları neqativə kökləmək istəmirəm. Sadəcə musiqiyə qarşı həssasam. 


Mənim qırılan yerim, yox olan tərəfim valideynlərimin və qardaşlarımın vəfatı olub. Bütün mahnılarda ora köklənirəm. Allah hamıya cansağlığı versin, həyatımda hər şey öz axarında gedir”, - deyə, Nazənin bildirib.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin