“Allah özünüzü məhv etsin” – Əməkdar artistdən SƏRT AÇIQLAMA

Hazırda oxunan: “Allah özünüzü məhv etsin” – Əməkdar artistdən SƏRT AÇIQLAMA

235341

Əməkdar artist İlkin Əhmədov bayağı ifaçıları sərt tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Rəngarəng” verilişində danışıb.

“Qulağa xoş gəlməyən o qədər mahnılar, biədəb danışıqlar, efirə uyğun olmayan söz-söhbətlər var. Həm oxumaqları, həm danışıqları, həm də geyimləri bir şey deyil. Buna görə, dedim ki, onları “baltalayacağam”. Məcazi mənada. Mənbəyi-mənşəyi, ritmi bilinməyən, sözləri məntiqə uyğun olmayan mahnılar bizə lazım deyil. Musiqini məhv edən insanlara o qədər sözüm var ki...

Bir onu deyə bilərəm ki, bizim ciddi, təmiz musiqimizi, incəsənətimizi, mədəniyyətimizi məhv etmək fikriniz varsa, Allah özünüzü məhv etsin”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin